Dənizli: "Türkiyədə izlədiyim oyunçular var"

Dənizli: "Türkiyədə izlədiyim oyunçular var"
"Mənim və komandamın təqib etdiyi oyunçular var. Əgər qışda transferə ehtiyac olarsa, biz rəhbərliklə görüşüb bunu müzakirə edəcəyik". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli deyib.
Bu gün təqdimat mərasimi keçirilən türk mütəxəssis transfer çalışmaları ilə bağlı danışıb: "Xaricdən də, Türkiyədən də transfer edə bilərik. Türkiyədə izlədiyim oyunçular var. Əgər belə bir şans olarsa, biz işə Türkiyədən başlayacağıq. Amma digər ölkələrdən də futbolçular gələ bilər. Biz elə futbolçular gətirməliyik ki, onlar adaptasiya problemi yaşamasınlar. Burda U-21 və 4 azərbaycanlı futbolçunun oynamasını fikirləşməliyik. İlk mərhələdə ilk 3 çempionat oyununda yaxşı nəticə qazanmaqdı". 
Dənizli "Xəzər Lənkəran"da tez-tez baş məşqçi dəyişikliyindən narahat deyil: "Türkiyədə də çox sayda məşqçi dəyişikliyi olur. Mən öz işimə fikir verirəm. Ən azından 2 il işləmişəm. Çoxusu ilə ortaq şəkildə yollarımızı ayırmışam. Burda ortaya qoyulan hədəflərimə çatacam. İnşallah, mən müqaviləmi daha uzun müddətə uzadaram".
Baş məşqçi hədəflərindən də danışıb: "Bura gəlməyimin əsas məqsədi klub prezidentini tanımağımdı. Sadəcə, “Xəzər Lənkəran”la yox, digər qurumlarla da təcrübəmi paylaşmaqdı. “Xəzər Lənkəran”ın uşaq futbolunu yüksəltmək lazımdı. Mübariz Mənsimovla İstanbulda 3 il əvvəl “Beşiktaş”da bir yerdə olmuşuq. “Xəzər Lənkəran”ı imkan olduqca avrokuboklarda təmsil etmək, ölkə kubokunda irəli getmək istəyirik. Gələcək üçün çalışmalar edəcəyik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər