Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırıb
"Gənclərbirliyi" baş məşqçisi Ümit Özatla yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun prezidenti Murat Cavcav məlumat verib. O, baş məşqçi ilə qarşılıqlı razılaşma əsasında yolların ayrıldığını söyləyib.
Qeyd edək ki, "Gənclərbirliyi" növbəti mövsümdən etibarən Türkiyə Super Liqasında iştirak etməyəcək. Komandanın aşağı liqaya düşəcəyi rəsmiləşib. "Gənclərbirliyi"nin heyətində Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz da çıxış edir.
Fanat.Az