"Tottenhem"in yarımmüdafiəçisi Dele Alli İngiltərə Premyer Liqasının beş klubunun diqqətini cəlb edib.
Fanat.Az xəbər verir ki, bu barədə İngiltərənin "The Independent" nəşri yazır.
“Nyukasl”, “Börnli”, “Sauthempton”, “Everton” və “Brayton” 25 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Qeyd edək ki, Alli 2015-ci ilin fevralında "MK Dons"dan "Tottenhem"ə keçib. London komandasının heyətində 269 oyun keçirən yarımmüdafiəçi 67 qol vurub və 61 məhsuldar ötürmə edib. İngilis futbolçunun "Tottenhem"lə müqaviləsi 2024-cü ildə başa çatır.
Emin