Del Pyero 17 yaşlı Messiyə qarşı ilk və son matçından danışdı

Del Pyero 17 yaşlı Messiyə qarşı ilk və son matçından danışdı

"Yuventus"un və İtaliya millisinin sabiq hücumçusu Alessandro Del Pyero Lionel Messinin 17 yaşı olduğu zaman ona qarşı oynamasından danışıb.

Fanat.Az xəbər verir ki, Del Pyero ESPN-ə açıqlamasında "Barselona" və "Yuventus" arasında keçirilən yoldaşlıq görüşünü (2:2) yada salıb:

"O vaxtlarfı yaxşı xatırlayıram. Artıq hamı Messidən danışmağa başlamışdı. Həmin qarşılaşma Lionelə qarşı çıxış etdiyim ilk və son matç oldu. Sonadək əla oyun nümayiş etdirdi. İnanılmaz performans sərgilədi. Hətta bir epizodda onu yıxmaq istəsəm də, istəyimə çata bilmədim... Görüşdən sonra "Yuventus"dakı komanda yoldaşlarımla Messinin çıxışını müzakirə etdik".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər