Del Boske İspaniya millisindən getdi

Del Boske İspaniya millisindən getdi

İspaniya millisinin baş məşqçisi Visente del Boske vəzifəsindən gedib.

65 yaşlı mütəxəssis yığmadakı işini davam etdirmək istəməyib.

Rəhbərliklə görüşən del Boskeyə yeni müqavilə təklif olunub. Lakin ispaniyalı mütəxəssis yığmadan getmək qərarı verib. İspaniya millisini Xuakin Kaparrosun çalışdıracağı gözlənilir.

Qeyd edək ki, 2008-ci ildən İspaniya yığmasını çalışdıran del Boske komandasına 2012-ci ildə Avropa, 2014-cü ildə isə dünya çempionluğunu qazandırıb. Onun komandası "Avro-2016"nın 1/8 finalında İtaliyaya 0:2 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər