Debütant İtaliya nəhənginin yarımmüdafiəçisini istəyir

Debütant İtaliya nəhənginin yarımmüdafiəçisini istəyir

A Seriyasının debütantı "Montsa" heyətini İtaliya nəhənginin yarımmüdafiəçisi ilə gücləndirmək niyyətindədir.

Fanat.Az xəbər verir ki, informasiyanı italiyalı jurnalist Canluka di Martsio şəxsi "Twitter" hesabı üzərindən yayıb.

Xəbərə görə, elitada mübarizə aparmaq hüququ qazanan klub "Yuventus"un 20 yaşlı yarımmüdafiəçisi Nikola Rovellanın xidmətində maraqlıdır. Mənbə "Montsa"nın gənc futbolçunu icarəyə götürməyi hədəflədiyini və Turin təmsilçisinin bu variantın əleyhinə olmadığını vurğulayıb. "Yuve" rəhbərliyinin A Seriyasının ən perspektivli gənclərindən sayılan Rovellanın təcrübə qazanması üçün debütantın təklifini isti qarşıladığı bildirilib.  

Qeyd edək ki, Nikola Rovella 2021-ci ilin yanvarında "Cenoa"dan transfer olunub. Arxa xətt oyunçusu son 18 ayı icarə əsasında sabiq komandasında keçirib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər