De Yonq getmək istəmir

De Yonq getmək istəmir

Niderland millisinin futbolçusu Frenki de Yonq "Barselona"dan ayrılmaq niyyətində deyil. 

Fanat.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik 27 yaşlı yarımmüdafiəçiyə etimad göstərir. Tərəflərin mart və ya apreldə yeni müqavilə ilə bağlı danışıqlara başlayacağı gözlənilir.

Qeyd edək ki, Frenki de Yonqun hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər