“Mançester Yunayted” “Vest Hem”lə səfər matçında qapıçı David de Xeanın kobud səhvi nəticəsində 0:1 hesabı ilə uduzub.
Fanat.Az xəbər verir ki, İngiltərə millisinin sabiq hücumçusu Piter Krauç "BT Sport"a açıqlamasında ispan qolkiperin çıxışını sərt tənqid edib.
"Bu, qəribə səhvdir. O, liqada ən çox qol buraxan qapıçılardan biridir. Müqaviləni yeniləmək istəyəndə bu məqama fikir vermək lazımdır. O, uzun müddət ən yaxşı qapıçı hesab olunurdu. Ancaq indi vacib matçlarda axmaq səhvlər edir".
MY Premyer Liqada 63 xalla dördüncü pillədə qərarlaşıb. "Qırmızı şeytanlar" 34 matçda rəqib qapılarından 49 top keçirib və 41 qol buraxıblar.
Mirağa