De Xea Türkiyə klubuna keçə bilər 

De Xea Türkiyə klubuna keçə bilər 

Bu yay "Mançester Yunayted"dən ayrılan ispan qapıçı David de Xea karyerasını Türkiyədə davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Todofichajes" yayıb.

Xəbərə görə, özügedən qolkiperin xidmətində Türkiyənin bir yox, bir neçə klubu maraqlıdır. Mənbə həmin klubların adlarını açıqlamasa da, hazırda onların Davidlə danışıq apardığını vurğulayıb.

Daha öncə de Xeanın Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"ə keçə biləcəyi barədə məlumatlar yayılmışdı.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər