De Rossi yeni klub aldı - FOTO

De Rossi yeni klub aldı - FOTO

"Roma"nın sabiq baş məşqçisi Daniele De Rossi yeni klub alıb.

Fanat.Az xəbər verir ki, o, İtaliya D Seriyasının E qrupunda mübarizə aparan "FK Ostiamare"nin sahibi olub.

Tanınmış mütəxəssis bu barədə özünün sosial şəbəkə hesabı üzərindən məlumat paylaşıb:   "Ostiamare" klubunun sahibi olduğumu elan etməkdən məmnunam. Məqsədim güclü, şəffaf və innovativ klub qurmaqdır. Biz bu klubu insanları bir araya gətirən və ailələri öz ərazilərinə yaxınlaşdıran bir yerə çevirmək istəyirik. Hansı ki, insanlar "Ostiamareni" meydanda və meydandan kənarda təmsil etməkdən qürur duyurlar.

Bu gün yeni bir fəsil başlayır. Biz birlikdə fəxr edə biləcəyimiz bir hekayə yaza bilərik”.

 

Qeyd edək ki, "Roma" klubunun əfsanəsi 2024-cü ilin sentyabrında "canavarlar"ın baş məşqçisi postundan istefaya göndərilib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər