De Rossi İtaliya A Seriyasında baş məşqçi olacaq

De Rossi İtaliya A Seriyasında baş məşqçi olacaq
"Fiorentina" baş məşqçi axtarışındadı.
Fanat.Az jurnalist Canluka Di Martsionun "Twitter" hesabına istinadən xəbər verir ki, "Fiorentina" rəhbərliyi postu Daniele De Rossiyə həvalə etmək qərarına gəlib. Bu, italiyalının ilk məşqçilik təcrübəsi olacaq.
De Rossi bu ilin yanvar ayında peşəkar futbolçu karyerasını bitirdiyini açıqlamışdı.
29 turdan sonra aktivində 31 xalı olan "Fiorentina" İtaliya A Seriyasında 13-cü sırada qərarlaşıb. "Bənövşəyilər"i Cuzeppe Yakini çalışdırır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər