De Bröyne rekord müəyyənləşdirdi

De Bröyne rekord müəyyənləşdirdi

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bröyne klubunun tarixinə düşüb. 

Fanat.Az xəbər verir ki, belçikalı futbolçu ən çox məhsuldar ötürmə verməklə bu "şəhərlilər"in yeni rekordunun sahibi olub.   “Mançester Siti” Premyer Liqanın 9-cu turunda səfərdə “Sauthempton” üzərində 4:0 hesablı darmadağına sevinib. Belçikalı bu oyunda 1 məhsuldar ötürmə edib. Bununla da onun məhsuldar ötürmələrinin sayı 94-ə çatıb. Bu, komandanın tarixində ən yaxşı göstəricidir.   Bundan əvvəlki rekord 93 məhsuldar ötürmə verən ispan David Silvaya məxsus idi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər