De Bröyne İPL tarixində ilk "üçlüy"ə düşdü

De Bröyne İPL tarixində ilk "üçlüy"ə düşdü

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bröyne İngiltərə Premyer Liqasının (İPL) 21-ci turunda "Nyukasl"la matçda (3:2) məhsuldar ötürmə edib. 

Fanat.Az "Opta Sports"-a istinadən xəbər verir ki, bu qarşılaşma belçikalı üçün əlamətdar olub. 

"Şəhərlilər"in yarımmüdafiəçisi indiyə qədər Premyer Liqada ümumilikdə 103 məhsuldar ötürmə edib. Bu göstəriciyə görə o, Ueyn Runi ilə bu mövqeyi bölüşərək Premyer Liqa tarixində 3-cü yerdədir. Yalnız Sesk Fabreqas (111) və Rayan Giqqz (162) daha çox ötürmə edib.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər