DÇ: Boksçularımız medalın bir addımlığında

DÇ: Boksçularımız medalın bir addımlığında

Daşkənddə (Özbəkistan) boks üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, onuncu yarış günündə 1/4 final görüşləri keçiriləcək. Azərbaycan millisinin iki idmançısı - Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) də bu mərhələdə mübarizə aparacaq.

Qalib gələcək boksçular ən azı bürünc medalı təmin edəcəklər.

1/4 final 86 kq. Alfonso Dominqes - Şohcahon Abdullayev (Özbəkistan) + 92 kq. Məhəmməd Abdullayev - Nikoloz Beqadze (Gürcüstan)

Qeyd edək ki, Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq) , Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq) və Eldar Quliyev (92 kq) mundialda çıxışlarını başa vurublar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər