DÇ: Azərbaycanın iki cüdoçusu mübarizəyə başlayır

DÇ: Azərbaycanın iki cüdoçusu mübarizəyə başlayır

Bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı start götürəcək.

Fanat.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 2 təmsilçisi tatami üzərinə çıxacaq.

Oğlanların 50 kq çəki dərəcəsində yer alan Məhəmməd Məmişov mübarizəyə 1/8 finaldan qoşulacaq. O, bu mərhələdə Emiliano Lattanzi (İtaliya) ilə üz-üzə gələcək. 55 kq çəkidəki Şahin Oruczadə isə eyni mərhələdə Denis Qalabov (Bolqarıstan) / Vahe Ağasyan (Ermənistan) cütünün qalibi ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, beş gün davam edəcək dünya birinciliyində Azərbaycan 13 (9 oğlan, 4 qız) idmançı ilə təmsil olunur. Cüdoçular 24-27 avqust tarixlərində fərdi çıxışlarda, 28 avqustda isə komanda turnirində iştirak edəcəklər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər