Aleks Ferqysonun təqaüdə çıxmasından sonra "Mançester Yunayted"in başına David Moyes komandaya istənilən nəticələri qazandıra bilmir. Premyer Liqada uğursuz çıxış edən komanda artıq Federasiya Kubokunda mübarizəni dayandırıb.
"Mançester Yunayted" hazırda özünə yaraşmayan yerdə - Premyer Liqanın 7-ci pilləsində qərarlaşıb. Komanda öz evindəki son 4 matçında sadəcə 1 qələbə qazanıb. Bu arada İngiltərə mətbuatı David Moyesin imza atdığı anti-rekordların siyahısını hazırlayıb:
1 - Aleks Ferqyuson 27 il "Mançester Yunayted" rəhbərlik edib və komanda sadəcə bir dəfə Federasiya Kubokunda mübarizəni üçüncü turda dayandırıb. Moyes isə bu "uğur"a ilk mövsümündə imza atıb.
1.20 - Bu rəqəm komandanın ev oyunlarını keçirdiyi "Old Trafford"dakı orta hesabla qol sayıdı. "Mançester Yunayted" ötən ilin eyni dövründə hər matçda orta hesabla 2,8 qola imza atmışdı.
4 - Son 6 matçda "qırmızı şeytanlar" 4 dəfə yenilib. Ferqyuson əsla 6 matçda 4 və ya daha artıq məğlubiyyət görməyib.
6 - İlk 20 matçda komanda 6 dəfə məğlub olub. "Mançester Yunayted" ötən mövsüm 38 oyunda 4 dəfə yenilmiqdi. Ondan əvvəlki mövsümdə isə məğlubiyyət sayı 5 idi.
7 - Mançester təmsilçisi hazırda Premyer Liqanın 7-ci pilləsində qərarlaşıb. Komanda 1989/90, yəni 24 mövsümdən sonra ən pis nəticəsinə imza atıb.
12 - "Mançester Yunayted" sonuncu dəfə evində 12 il əvvəl 3 qarşılaşmada məğlub olmuşdu. Moyes indidən 4 oyunu məğlub başa vurub. Hələ "Mançester Siti" və "Liverpul"la ev oyunları daldadı.
21 - Komandanın 20 matçdan sonra belə az xal toplamasından 21 mövsüm ötür. Ötən mövsümün 14 turunda 33 xal toplayan "Mançester Yunayted" cari mövsümdə 20 turu 34 xalla başa vura bilib.
21 - Cari mövsüm "Old Trafford"da qələbə qazanan "Everton" bunu 21 il sonra bacarıb.
27.5 - Moyesin böyük transferi Marouane Fellaini üçün 27.5 milyon funt-sterlinq ödənilib. Fellaini mövsüm ərzində cəmi 1 qol vurub.
34 - "Vest Bromviç" "Old Trafford"da 34 ildən sonra qələbəyə sevinib.
41 - "Nyukasl"un sonuncu dəfə "Old Trafford"da qələbə qazanmasını görənlər bu mövsümkü qaliyyəti görəndə 41 yaşını qeyd edirdi. Bu mövsüm "Mançester Yunayted"i öz evində yenən "Suansea"nın uğuruna şahidlik edənlər isə tarixdə bir ilki görüb.
Qeyd: "Mançester Yunayted"in uğursuzluğu fonunda son dövrlər sosial mediada belə bir "tweet" məşhurdu: "Moyes illərlə "Everton"un turnir cədvəlində "Mançester Yunayted"dən üstə olmasına çalışdı. Nəhayət, bu il bunu bacardı".
Fanat.az