Futbolun canlı əfsanəsi Aleks Ferqyusonun yerinə gələn və "Mançester Yunayted"lə 6 illik müqavilə imzalayan David Moyes anlaşmasının cəmi 9 ayını işləyib istefaya göndərildi. O, bu müdətdə "qırmızı şeytanlar"ın tarixində bir sıra antirekordların müəllifi oldu:
* Moyes 1972-ci ildən bəri öz meydanında "Nyukasl"a yenilməyən "Mançester Yunayted"ə 40 ildən sonra bu acını yaşatdı. "Qırmızı şeytanlar" həm də 1978-ci ildən sonra ilk dəfə doğma meydanda "Vest Bromviç"ə boyun əydi.
* "Mançester Yunayted" əzəli rəqibi "Mançester Siti"yə öz meydanınında 0:3 hesabı ilə yenildi. Edin Dzekonun 44-cü saniyədə vurduğu qol Premyer Liqa tarixində qonaq komandanın vurduğu ən erkən qol oldu.
* "Mançester Yunayted" Premyer Liqanın turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb və gələn mövsüm Çempionlar Liqasında çıxış etməyəcək. Mançester təmsilçisi 1995-ci ildən sonra ilk dəfə Avropanın bir nömrəli klub turnirindən kənarda qalacaq.
* "Mançester Yunayted" bu mövsüm "Liverpul"a hər iki oyunda məğlub oldu. Bununla da Moyes Premyer Liqa yaranandan hər iki matçda bu komandaya uduzan "Mançester Yunayted" baş məşqçisi oldu.
* "Qırmızı şeytanlar" 2001-ci ildən sonra ardıcıl 3 oyunda meydanı məğlub tərk etdi.
Fanat.az