Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçı çərçivəsində keçirilən PSJ - "Mançester Siti" matçında birincilərin futbolçusu David Luiz tarixə düşüb.
Fanat.az xəbər verir ki, "sambaçı" qitənin bir nömrəli yarışının tarixində ən erkən sarı vərəqə ilə cəzalandırılan futbolçu olub. Belə ki, o, matçın 12-ci saniyəsində Serxio Aqueronu cərimə meydançasının kənarında yıxdığı üçün hakim onu bu cəzaya layiq görüb.
Qeyd edək ki, sarı vərəqə limitini dolduran braziliyalı İngiltərədə keçiriləcək cavab matçında iştirak etməyəcək.
Fanat.az