"Mançester Yunayted" Premyer Liqanın 18-ci turunun təxirə salınmış matçında "Brayton"a qalib gəlib (2:0).
Fanat.Az xəbər verir ki, mankunianların qapıçısı David De Xea qapısını toxunulmaz saxlamaqla klub rekordunu təkrarlayıb.
O, İngiltərə Premyer Liqasında 128-ci "quru" oyununu keçirib. İspaniyalı bu nailiyyəti 1991-1999-cu illərdə “Mançester Yunayted”də çıxış edən Peter Şmeyxellə bölüşür.