"Dauqavpils"in 20 yaşlı azərbaycanlısı klubunu dəyişməyə yaxındır

"Dauqavpils"in 20 yaşlı azərbaycanlısı klubunu dəyişməyə yaxındır

Martın əvvələrində "Turan Tovuz"un əvəzedici komandasında Latviya "Dauqavpils"inə keçən Nazim Həsənzadə Azərbaycana qayıtmağa yaxındır.

Fanat.Az xəbər verir ki, sözügedən klubla mayın 31-nə qədər icarə müqaviləsi bağlayan 20 yaşlı yarımmüdafiəçi "Araz Naxçıvan"ın diqqət mərkəzindədir.

Elitada çıxış edəcəyi gözlənilən Naxçıvan təmsilçisi daha çox yerli gənclərin xidmətindən istifadə etməkdə maraqlıdır və yüksək maaş istəməyən Həsənzadə baş məşqçi Azər Bağırovun əsas gözaltılarındandır. 

Qeyd edək ki, Nazim 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvüdür.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər