Daum millinin baş məşqçisi oldu

Daum millinin baş məşqçisi oldu

Rumıniya millisinin yeni baş məşqçisinin adı açıqlanıb. Fanat.az Rumıniya Futbol Federasiyasına istinadən xəbər verir ki, baş məşqçi postu Kristof Dauma tapşırılıb.

O, bu postda komandanı Avropa çempionatında qrupdan çıxara bilməyən Angel İordaneskunu əvəlzəyib. Daumun müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, son olaraq "Bursaspor"u çalışdıran 62 yaqlı alman mütəxəssis əvvəllər Almaniyanın "Köln", "Ştutqart", "Bayer", "Ayntraxt" (Frankfurt), Türkiyənin "Beşiktaş", "Fənərbaxça", Avstriyanın "Austria" və Belçikanın "Brügge" klublarına başçılıq edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər