Darvin Nunyes yeni mövsümə İngiltərə nəhəngində başlayacaq

Darvin Nunyes yeni mövsümə İngiltərə nəhəngində başlayacaq

"Əl-Hilal"ın uruqvaylı hücumçusu Darvin Nunyes yeni mövsümə İngiltərə nəhəngində başlayacaq.

Fanat.Az xəbər verir ki, bunu jurnalist "Minuto 1" proqramının efirində jurnalist Xuan Pablo Romero deyib.

Məlumata görə, uruqvaylı forvard hazırda davam edən dünya çempionatından sonra sabiq komandası "Liverpul"a qayıdacaq. 

Daha öncə mətbuatda Nunyesin Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam veriləcəyi barədə informasiyalar yayılıb.

Geridə qalan mövsümdə 26 yaşlı forvard "Əl-Hilal" forması ilə 24 matça çıxaraq 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Sözügedən klub Darvini ötən yay "Liverpul"dan 53 milyon avroya alıb.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər