“Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana sağalıb. Fanat.Az-a klubdan verilən məlumata görə bəstəboy ispan Ağdam təmsilçisinin yay hazırlıqlarına qatılacaq.
Yarımmüdafiəçinin Çempionlar Liqasının təsnifat mərhələsinin oyunlarında “köhlən atlar”a kömək edib-etməyəcəyi dəqiqləşməsə də, bərpa prosesinin yaxşı getməsi faktdı. Onun toplanışda olmasıyla bağlı hər hansı problem qalmayıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XVI turunda - AZAL-la matçda zədələnən Kintananın xaçvarı (çarpaz) bağları qırılmışdı.
Fanat.Az