"Qarabağ"ın sabiq futbolçusu Dani Kintananın yeni klubu məlum olub.
Fanat.Az xəbər verir ki, ispan futbolçu Polşanın "Yagelloniya" klubuyla anlaşıb. İspaniyalı futbolçu 2013-2015-ci illərdə də bu komandada çıxış edib.
Kintana 2015-ci ildən Ağdam klubunda oynayırdı. Yarımmüdafiəçiylə "Qarabağ"ın yolları ötən ilin fevralında ayrılmışdı.
Fanat.Az