Dani Alveş rekorda imza atdı

Dani Alveş rekorda imza atdı

“Barselona” İspaniya La Liqasının 20-ci turunda “Qranada”nın qonağı olub. 

Fanat.Az xəbər verir ki, 1:1 hesabıyla bitən görüşdə iştirak edən “Barselona”lı futbolçu Dani Alveş unikal göstəriciyə imza atıb.

Belə ki, Alveş “Barselona” ilə La Liqa matçına çıxan ən yaşlı futbolçu olub. Braziliyalı müdafiəçi 38 yaş 247 günlüyündə rekord müəyyənləşdirib.

Bundan əvvəlki rekord keçmiş qapıçı Xose Pintoya aid idi. Pinto Kataloniya təmsilçisi ilə 38 yaş 190 günlüyündə La Liqada oyununa çıxmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər