Daşkənddə (Özbəkistan) boks üzrə dünya çempionatı davam edir
Fanat.Az xəbər verir ki, üçüncü yarış günündə Azərbaycan millisinin iki idmançısı rinqə çıxacaq. Tayfur Əliyev (60 kq) və Sərxan Əliyev (71 kq) mundialda ilk döyüşlərini keçirəcək.
1/32 final 71 kq. Sərxan Əliyev - Nişant Dev Nişant (Hindistan) 1/16 final 60 kq. Tayfur Əliyev - Mirzohid İmamnazarov (Qırğızıstan)
Bundan əvvəl Ümid Rüstəmov (57 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyev (80 kq) dünya çempionatında ilk döyüşlərində qalib gəlib.