İstanbul klublarında oynayan tanınmış əcnəbilər Türkiyədən ayrılmağa davam edirlər. Fanat.az xəbər verir ki, "Beşiktaş"ın futbolçusu Mario Qomesdən sonra "Fənərbaxça"nın hücumçusu Robin van Persi Türkiyədən ayrılmaq qərarına gəlib.
Onun İngiltərəyə dönəcəyi və "Sanderlend"in şərəfini qoruyacağı gözlənilir. Hollandiyalı futbolçu bu qərarı çətinliklə qəbul etdiklərini vurğulayır və azarkeşlərdən onları düzgün anlamağı xahiş edirlər.
Xatırladaq ki, dünən axşam "Beşiktaş"ın alman hücumçusu Mario Qomes də Türkiyədəki mürəkkəb vəziyyətlə bağlı ora dönməkdən vaz keçdiyini açıqlamışdı.
Fanat.az