Luka Modriç "Real”da qalmaq istəmir.
Fanat.Az "Gazzetta dello Sport”a istinadən xəbər verir ki, xorvat yarımmüdafiəçi Milan "İnter”ində oynamağa qərar verib.
32 yaşlı orta xətt oyunçusu "İnter”də ilə 10 milyon avro qazanacaq. Onun Madrid klubundakı gəliri isə bundan azdı – 6,5 milyon avro.
Sabah futbolçu Madrid klubunun başqanı Florentino Pereslə görüşəcək və məsələnin yoluna qoyulmasını istəyəcək. "Real”ın artıq Lukaya əvəzləyici tapdığı da vurğulanıb. Bu, "Tottenhem”in üzvü Kristian Eriksendi.
Fanat.Az