Daha bir türk klubu baş məşqçisini yolladı

Daha bir türk klubu baş məşqçisini yolladı
Türkiyənin "Gənclərbirliyi” klubu baş məşqçisi Mehmet Altıparmakı istefaya göndərib. 
 
Fanat.Az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə 51 yaşlı mütəxəssis və köməkçilərinə xidmətlərinə görə təşəkkür edilib.
Qeyd edək ki, Mehmet Altıparmakın "Gənclərbirliyi” karyerası cəmi 38 gün sürüb. O, fevralın 1-dən paytaxt təmsilçisinə rəhbərlik edirdi. Bu müddətdə 6 oyuna çıxan komanda cəmi 2 heç-heçə edib, qalan 4 matçdan isə məğlubiyyətlə ayrılıb. "Gənclərbirliyi” bu mövsüm Super Liqada 27 oyuna topladığı 21 xalla sonuncu pillədə qərarlaşıb. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər