İrlandiya Futbol Assosiasiyası Rusiya millisini boykot edənlər sırasına qoşulub.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, irlandlar ruslarla futbol matçlarına çıxmayacaqlarını bəyan ediblər:
"Ukrayna Futbol Assosiasiyasına qeyd-şərtsiz dəstəklədiyimizi bildiririk. Heç bir İrlandiya komandası Rusiyaya qarşı hər hansı oyuna çıxmayacaq”.
Qeyd edək ki, daha öncə Polşa, İsveçrə, Albaniya, Norveç, Uels və İngiltərə də Rusiya təmsilçiləri ilə oyunlara çıxmaqdan imtina ediblər.