Daha bir milli Rusiya ilə oyundan imtina etdi

Daha bir milli Rusiya ilə oyundan imtina etdi

İsveçrə Futbol İttifaqı (SFV) millinin Rusiya ığması ilə oyun keçirməyəcəyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 

“İsveçrə Futbol İttifaqı Rusiya millidinin DÇ-2022-nin seçmə mərhələsindən kənarlaşdırılmasını tələb edən Polşa, İsveç və Çexiyanın futbol federasiyalarının mövqeyini dəstəkləyir. Bu birliklər həmrəylik əlaməti olaraq Rusiyaya qarşı heç bir oyun keçirməyəcəyik. Lazım gələrsə, İsveçrə Futbol İttifaqı mövqeyini bu il İngiltərədə keçiriləcək qadın futbolu üzrə Avropa Çempionatı oyunlarına da şamil ediləcək".

Bundan əvvəl Polşa, İsveç, Çexiya, Albaniya və İngiltərə yığmaları DÇ-2022-nin pley-off mərhələsində Rusiya millisi ilə oynamaqdan imtina etdiklərini açıqlamışdı. Rusiya yığması pley-off mərhələsinin yarımfinalında Polşa ilə qarşılaşmalı idi. Bu cütün qalibi İsveç millisi və ya Çexiya millisi ilə birgə pley-offun finalında qarşılaşmalı idi.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər