Daha bir məşhur mütəxəssis "Real"ın təklifini rədd etdi

Daha bir məşhur mütəxəssis "Real"ın təklifini rədd etdi
Daha bir mütəxəssis "Real"ın təklifini rədd edib.
Fanat.Az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, "Çelsi"nin baş məşqçisi Antonio Konte Madrid klubunu çalışdırmaq istəməyib. İddiaya görə, "Real" nümayəndələri artıq Konte ilə əlaqə saxlayıblar. Londonluların məşqçisi təklifdən imtina edərək bildirib ki, "Çelsi" ilə 2019-cu ilə qədər müqaviləsi var və o, müqavilənin sonuna qədər Londonda qalmaq niyyətindədi.
Qeyd edək ki, Zinəddin Zidanın istefasından sonra "Tottenhem”in baş məşqçisi Maurisio Poçettino, "Hoffenhaym"ı çalışdıran Julian Naqelsmann və "Yuventus"un çalışdırıcısı Massimiliano Allegrinin "Real"ın təklifini qəbul etmədiyi iddia olunub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər