Daha bir klubumuz Türkiyəyə gedir

Daha bir klubumuz Türkiyəyə gedir

Premyer Liqada son mövsümü 8-ci sırada başa vuran "Sumqayıt"ın yeni mövsüm üçün hazırlıq planı məlum olub. Fanat.az xəbər verir ki, “kimyaçılar” iyun ayının 22-si doğma şəhərdə bir araya gələcək.

 

Toplanışın ilk mərhələsi ölkə daxilində baş tutacaq. İkinci mərhələnin isə ölkə xaricində olacağı planlaşdırılıb.

 

Samir Abasovun yetirmələri Türkiyənin Bolu şəhərinə üz tutacaq. Komandanın burada bir neçə hazırlıq matçında qüvvəsini sınayacağı nəzərdə tutulub. Hələlik rəqiblərin kimliyi barəsində məlumat verilmir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər