Daha bir əcnəbi "Xəzər Lənkəran"dan ayrıldı

Daha bir əcnəbi "Xəzər Lənkəran"dan ayrıldı
Daha bir əcnəbi Lənkəran təmsilçisində daha bir ayrılıq yaşanıb.
Heç də yaxşı günlərini yaşamayan "gəmiçilər"i italiyalı məşqçi Covanni Melkiorre də tərk edib. İtalyan mütəxəssisin klubu maddi çətinliklərə görə tərk etdiyi şübhə doğurmur.
Fiziki hazırlığa nəzarət edən italiyalının əvəzinə Elbrus Məmmədov dəvət olunub. Məmmədov indiyə qədər əvəzedici komandanın baş məşqçisi idi. Bundan sonra əvəzedicilərə Dadaş Həmidov rəhbərlik edəcək.(Sport7.az)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər