Daha bir dünya ulduzu Türkiyə Superliqasına gəlir

Daha bir dünya ulduzu Türkiyə Superliqasına gəlir
Transfer çalışmalarını davam etdirən "Beşiktaş" məşhur futbolçu ilə danışıqlara başlayıb.
Fanat.Az xəbər verir ki, İstanbul klubu "Atletiko" və "İnter" kimi klubların formasını geyinmiş Dieqo Qodini transfer etmək istəyir.
Ortacizgi.com-un məlumatına görə, "Qara Qartallar" "Kalyari" ilə 2023-cü ilə qədər müqaviləsi olan 35 yaşlı mərkəz müdafiəçisi ilə artıq danışıqlara start verib. Uruqvaylı futbolçunun Türkiyəyə gəlməyə müsbət yanaşdığı deyilir.
Qeyd edək ki, karyerasına vətəni Uruqvayda başlayan Qodin "Serro" və "Nasional" klublarında oynadıqdan sonra - 2007-ci ildə 800 min avroya "Vilyarreal"a transfer olunub. 3 il sonra "Atletiko" onu 8 milyon avro qarşılığında heyətinə qatıb. 2019-cu ildən "İnter"ə keçən futbolçu ötən ildən formasını geyindiyi "Kalyari"nin heyətində son mövsümdə 28 oyuna çıxaraq 1 qol vurub.
Müdafiəçi "Atletiko"nun heyətində La Liqanın (1 dəfə), "Kral Kuboku"nun (1), İspaniya Superkubokunun (1), Avropa Liqasının (2), UEFA Superkubokunun (3) qalibi olub, iki dəfə Çempionlar Liqasında final oynayıb.
2005-ci ildən Uruqvay millisinə çağırılan Qodin 146 oyuna 8 qola imza atıb. O, milli komanda ilə 2011-ci ildə Amerika Kubokunun qalibi olub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər