Daha bir dünya ulduzu Türkiyə Super Liqasında

Daha bir dünya ulduzu Türkiyə Super Liqasında
"Antalyaspor" daha bir ulduz futbolçunu heyətinə qatmağa çalışır. Fanat.Az xəbər verir ki, Super Liqa klubu bu dəfə qapı xəttinə dünya səviyyəli futbolçu transfer edəcək.
Antalya klubu heyətdəki qapıçılardan narazıdı. Klub rəhbərliyi bu problemi hazırda "Portu"da çıxış edən İker Kasilyası transfer etməklə həll etmək niyyətindədi.
Qeyd edək ki, Kasilyas "Real"ın yetirməsidi. 1990-2015-ci illərdə "Kral Kulubu"da çıxış edən qolkiper İspaniya millisində 167 oyun keçirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər