Daha bir dünya ulduzu Türkiyə klubunda - FOTO

Daha bir dünya ulduzu Türkiyə klubunda - FOTO

Daha bir dünya ulduzu Türkiyəyə transfer olunub. Fanat.Az xəbər verir ki, Samir Nasri Super Liqaya transfer olunub.

"Antalyaspor" 30 yaşlı fransalı ulduzla 2 illik anlaşma əldə edib. Türkiyə mediasının məlumatına görə, Samir Nasri illik 4 milyon avro maaş alacaq. 

Ulduz futbolçu səhər saatlarında "Instagram" hesabında təyyarəyə minəndə çəkilmiş fotosunu paylaşmış və Türkiyəyə uçduğunu işarələmişdi. 

Daha bir dünya ulduzu Türkiyə klubunda - FOTO

Az öncə təyyarədən enən futbolçu artıq Antalyayadı. Onun bu gün müqavilə imzalayacağı deyilir.

Daha bir dünya ulduzu Türkiyə klubunda - FOTO

Qeyd edək ki, Samir Nasri 2008-ci ildə "Marsel"dən "Arsenal"a 16 milyon avroya, 2011-ci ildə isə London klubundan "Mançester Siti"yə 27,5 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 16 milyon avro qiymət qoyub. Futbolçu ötən mövsüm icarə əsasında "Sevilya"da çıxış edib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər