Daha bir dünya ulduzu Türkiyə klubunda

Daha bir dünya ulduzu Türkiyə klubunda

Bu yay dünya səviyyəli ulduzların transfer olunduğu Türkiyə Super Liqasına daha bir məşhur futbolçu gəlir. Fanat.Az xəbər verir ki, "Bursaspor" braziliyalı Andersonu heyətinə qatır.

Robert Prosineçki ilə anlaşa bilməyən Bursa klubunun komnadanın başına Paul le Quenin istəyinə uyğun olaraq braziliyalı ilə danışıqlara başlayıb. Hazırda Braziliyanın "İnternasional" klubuna məxsus olan, icarə əsasında "Koritiba"nın formasını geyinən 29 yaşlı yarımmüdafiəçi Avropaya dönmək istəyir. Danışıqların ilk mərhələsi uğurlu keçib. "Bursaspor"un bu transferə görə, "İnternasional"a 2 milyon avro ödəyəcəyi deyilir.

Qeyd edək ki, "Portu" 2005-ci ildə "Qremio"dan 5 milyon avroya aldığı Andersonu 2 il sonra "Mançester Yunayted"ə 31,5 milyon avroya satıb. 2014-cü ildə icarə əsasında "Fiorentina"da oynayan "sambaçı" 2015-də vətəninə dönərək "İnternasional"la müqavilə imzalayıb.

Braziliya millisində 9 oyun keçirmiş 29 yaşlı futbolçuya hazırda "Transfermarkt" 3,5 milyon avro qiymət qoyub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər