Daha bir dünya ulduzu Super Liqa yolunda

Daha bir dünya ulduzu Super Liqa yolunda

"Everton"dan ayrılması gözlənilən Xames Rodriges karyerasını Türkiyədə davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, "Başakşəhər" kolumbiyalı futbolçunu heyətinə qatmaq istəyir. "Vole" nəşrinin məlumatına görə, Super Liqa klubu artıq Rodriges üçün rəsmi təklif göndərib və cavab gözləyir.

Qeyd edək ki, Rodriges karyerasına 2006-cı ildə vətənində "Enviqado" klubunda başlayıb. 2 il sonra 280 min avro qarşılığında Argentinanın "Banfild" klubuna keçən futbolçu 2010-cu ildə Avropaya üz tutub. Həmin il "Portu" onu 7,35 milyon avroya alıb və 2013-cü ildə "Monako"ya 45 milyon avroya satıb. 

DÇ-2014-də ulduzu parlayan və 6 qolla turnirin bombardiri olan futbolçu həmin il 75 milyon avroya "Real Madrid"ə transfer olunub. Amma "Kral Klubu"nda karyerası istədiyi kimi alınmayıb. 2017-2019-cu ildə "Bayern"ə icarəyə verilən "10 nömrə" ötən yay transfer haqqı ödənilmədən "Everton"a keçib.

30 yaşlı yarımmüdafiəçi Avropa karyerası ərzində 18 kubok qazanıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər