Dadaşovun qolu "Dinamo"ya bəs etmədi

Dadaşovun qolu "Dinamo"ya bəs etmədi

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 2-ci turunda “Altqlinikke” ilə qarşılaşıb.

Matç “Dinamo”nun 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Meydana start heyətində çıxan Dadaşov 37-ci dəqiqədə komandasının yeganə qolunu vurub. O, 69-cu dəqiqdə əvəzlənib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər