Dadaşovlu “Dinamo”dan darmadağın

Dadaşovlu “Dinamo”dan darmadağın

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 7-ci turunda “Babelsberq”lə qarşılaşıb.

Matç “Dinamo”nun qələbəsiylə başa çatıb – 3:0. Meydana start heyətində çıxan Dadaşov sonadək oynasa da, bu dəfə fərqlənə bilməyib.

“Dinamo” hazırda 14 xalla 3-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər