Dadaşovlu “Dinamo”dan çətin qələbə

Dadaşovlu “Dinamo”dan çətin qələbə

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 19-cu turundan təxirə salınmış oyunda “Altqlinikke” ilə qarşılaşıb və evdə 3:2 hesabıyla qalib gəlib.

Meydana start heyətində çıxan Dadaşov sonadək oynayıb.

“Dinamo” hazırda 53 xalla 2-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər