Dadaşovlu “Dinamo” səfərdən 1 xalla döndü

Dadaşovlu “Dinamo” səfərdən 1 xalla döndü

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 6-cı turunda “Qrayfsvald”la qarşılaşıb.

Matç qolsuz başa çatıb – 0:0. Meydana start heyətində çıxan Dadaşov sonadək oynasa da, bu dəfə fərqlənə bilməyib.

“Dinamo” hazırda 11 xalla 6-cı pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər