DÇ: Ukrayna yığması millimizi çətinliklə məğlub etdi

DÇ: Ukrayna yığması millimizi çətinliklə məğlub etdi

Futbol üzrə Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, D qrupunda qərarlaşmış millimiz 4-cü tur çərçivəsində Ukrayna yığmasının qonağı olub.

Polşanın “Krakoviya” stadionunda təşkil edilən qarşılaşma nominal meydan sahiblərinin çətin qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, bu komandaların Bakıdakı görüşündə qalib müəyyənləşməmişdi – 1:1. 

DÇ-2026-nın seçmə mərhələsi D qrupu 13 oktyabr

Ukrayna – Azərbaycan 2:1

Qollar: Aleksey Hutsuyak, 30. Rusal Malinovski, 64 - Nəriman Axundzadə, 45+3. Baş hakim: Sebastyan Qişamer (Avstriya). “Krakoviya” stadionu. Saat 22:45.

Ukrayna: 12. Anatolo Trubin, 2. Yuxim Konoplya, 13. İlya Zabarnıy, 22. Mikolo Matviyenko (k), 16. Vitali Mikolenko, 8. Ruslan Malinovski, 18. Yeqor Yarmolyuk, 15. Oleq Oçeretko, 9. Aleksey Hutsuyak, 19. Nazar Voloşin, 11. Artyom Dovbik Baş məşqçi: Sergey Rebrov

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 14. Elvin Bədəlov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 13. Abbas Hüseynov, 7. Anatoli Nuriyev, 8. Emin Mahmudov (k), 15. Abdulla Xaybulayev, 17. Toral Bayramov, 19. Nəriman Axundzadə Baş məşqçi: Ayxan Abbasov

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər