DÇ: Sərbəst güləşçilərimiz mübarizəyə başlayır

DÇ: Sərbəst güləşçilərimiz mübarizəyə başlayır

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, yarışın beşinci günündə sərbəst güləşçilər mübarizəyə başlayacaqlar.

Azərbaycan millisi 5 çəkinin hər birində təmsil olunacaq.

61 kq çəkidə ilk mərhələdən mübarizəyə qoşulacaq Ruslan Abdullayev Endrio Avdili (Albaniya) ilə güləşəcək.

74 kq-da ölkəmizi təmsil edən Cəbrayıl Qacıyev təsnifat mərhələsində David Volfla (Almaniya) üz-üzə gələcək.

Arseni Coyevin (86 kq) ilk rəqibi David Morodion (Almaniya) olacaq.

92 kq-da Abdulcəlil Şabanov 1/8 finalda Qkivi Bliatze (Yunanıstan) – Aleksanders Pirozniks (Latviya) cütünün qalibi ilə mübarizə aparacaq.

Nəhayət, 125 kq çəki dərəcəsində güləşən Aydın Əhmədov Jinhai Vanqla (Çin) qüvvəsini sınayacaq.

Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) gümüş, Nihat Quluzadə (60 kq) ilə Xasay Həsənli (77 kq) bürünc medal qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər