“DÇ - Messinin “Qızıl top”u almasında əsas meyardır” - Səmədov

“DÇ - Messinin “Qızıl top”u almasında əsas meyardır” - Səmədov

“Spartak”ın və Rusiya yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov “Qızıl top”un argentinalı hücumçu Lionel Messiyə verilməsinə münasibət bildirib.

Fanat.Az Səmədovun bu barədə fikirlərini təqdim edir:

“Dünya çempionatı - Messinin “Qızıl top”u almasında əsas meyardır. Bu, onun karyerasının ən böyük nailiyyətidir. Hər şey obyektivdir: Messi görkəmli usta və böyük futbolçudur. Amma şəxsən mən heç kimə köklənməmişəm. Mbappe və Haland? Düşünürəm ki, onların hər ikisi də karyeralarında “Qızıl top”un qalibi olacaqlar”.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər