DÇ-də yeni rekord müəyyənləşdi

DÇ-də yeni rekord müəyyənləşdi

Rusiyada keçirilən dünya çempionatında rekord qeydə alınıb.

 

 

 

Fanat.Az-ın məlumatına görə, DÇ-lər tarixində penaltilər sayı yenilənib.

 

 

 

Bu, B qrupunun III turu çərçivəsində keçirilən İran - Portuqaliya qarşılaşmasında rəsmiləşib. Matçdakı 11 metrlik cərimə zərbəsi sayca 19-cu olub.

 

Bununla da dünya çempionatlarında penaltilər sayının rekordu qırılıb. DÇ-2018-dək 1990-cı ildə İtaliyada, 1998-ci ildə Fransada və 2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilən yarışlarda hakimlər 18 dəfə penalti təyin etmişdilər. Bu dəfə isə qrup mərhələsi yekunlaşmamış say 19-a çatıb.

 

 

 

Qeyd edək ki, DÇ-2018-də 19 penaltidən 14-ü qol olub.

 

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər