DÇ braziliyalı ulduzun 24 günlük evliliyinə son qoydu 

DÇ braziliyalı ulduzun 24 günlük evliliyinə son qoydu 

Braziliyalı veteran futbolçu Adriano 24 günlük evlilikdən sonra boşanıb.

Fanat.Az xəbər verir ki, 40 yaşlı sabiq hücumçu saç ustası olan həyat yoldaşı Mikaela Mesquitodan ayrılıb. 

Məlumatı "Extra Globo" yayıb. Mənbənin məlumatına görə, milli komandanın sabiq futbolçusu Qətərdə təşkil olunan dünya çempionatı çərçivəsində keçirilən Braziliya - İsveçrə matçını izləmək üçün Penha şəhərinə dostlarının yanına gedib. O, iki gündən sonra evə qayıdıb. "Yoxa çıxması"na etiraz edən Mikaela Adriano ilə mübahisə edib və evliliklərinə son qoymağa qərar veriblər. Artıq onlar sosial şəbəkələrdə bir-birini izləməyi də dayandırıblar.

Zədələr və şəxsi problemlər səbəbindən 2016-cı ildə karyerasını rəsmən başa vuran Adriano atasının ölümündən sonra spirtli içki aludəçisinə çevrilib.    

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər