DÇ-2022: Türkiyədən bərabərlik, Maltadan darmadağın

DÇ-2022: Türkiyədən bərabərlik, Maltadan darmadağın

Bu gün DÇ-2022-nin seçmə mərhələsində 4-cü tur start götürüb. 

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 13 matç keçirilib.

A qrupunda yer alan Azərbaycan yığması səfərdə Lüksemburqa uduzub. Qrupun digər matçında Portuqaliya millisi İrlandiyanı çətinliklə yenib. Son dəqiqələrədək hesabda geri olan portuqaliyalılar Ronaldunun qolları sayəsində 3 xal qazanıb.

G qrupunda mübarizə aparan Türkiyə millisi öz meydanında Monteneqronun öhdəsindən gələ bilməyib. Qrupun digər matçlarında Niderland yığması Norveçlə heç-heçə edibsə, Cəbəllütariq seçməsi isə Latviya səfərində məğlub olub.

D qrupunda dünya çempionatının son qalibi Fransa Bosniya və Hersoqovina ilə üz-üzə gəlib. Oyunu azlıqda başa vuran "xoruzlar" büdrəyib. Bu qrupda Qazaxıstan yığması "doğma divarlar arası"nda Ukraynaya "dişini göstərib" - 2:2.

H qrupunda Rusiya evdə Xorvatiya ilə bərabərliyə razılaşıbsa, Malta Kipri darmadağınla yola salıb.

DÇ-2022-nin seçmə mərhələsi 4-cü tur 1 sentyabr

A qrupu

Portuqaliya – İrlandiya 2:1 Qollar: Ronaldu, 89; 90+6 – Eqan, 45.

Lüksemburq – Azərbaycan 2:1 Qollar: M.Pinto, 8. J.Rodrigeş, 28-pen – E.Mahmudov, 67.

Portuqaliya – 10, Serbiya – 7, Lüksemburq – 6, Azərbaycan – 0, İrlandiya – 0

D qrupu

Qazaxıstan – Ukrayna 2:2 Qollar: Valiullin, 74; 90+6 – Yaremçuk, 2. Sikan, 90+3.

Fransa – Bosniya və Hersoqovina 1:1 Qollar: Qrizmann, 40 – Dzeko, 36.

Fransa – 8, Ukrayna – 4, Finlandiya – 2, Bosniya və Hersoqovina – 2, Qazaxıstan – 2

F qrupu

Danimarka – Şotlandiya 2:0 Qollar: Vass, 14. Mele, 15.

Moldova – Avstriya 0:2 Qollar: Baumqartner, 45+1. Arnautoviç, 90+4.

Farer adaları – İsrail 0:4 Qollar: Zahavi, 12; 44; 90+2. Dabbur, 52.

Danimarka – 12, İsrail – 7, Avstriya – 7, Şotlandiya – 5, Farer adaları – 1, Moldova – 1

G qrupu

Norveç – Niderland 1:1 Qollar: Holand, 20 – Klaassen, 37.

Türkiyə – Monteneqro 2:2 Qollar: Ünder, 9. Yazıcı, 31 – Maruşiç, 40. Radunoviç, 90+7.

Latviya – Cəbəllütariq 3:1 Qollar: Qutkovski, 50-pen; 85. Çiqanik, 89 – De Barr, 71-pen.

Türkiyə – 8, Niderland – 7, Monteneqro – 7, Norveç – 7, Latviya – 4, Cəbəllütariq – 0

H qrupu

Rusiya – Xorvatiya 0:0

Sloveniya – Slovakiya 1:1 Qollar: Stoyanoviç, 42 – Bojenik, 32.

Malta – Kipr 3:0 Qollar: Attard, 44; 54. Mbonq, 46.

Xorvatiya – 7, Rusiya – 7, Slovakiya – 6, Sloveniya – 4, Malta – 4, Kipr – 4

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər