DÇ-2022-nin seçmə mərhələ matçları növbəti dəfə təxirə salındı

DÇ-2022-nin seçmə mərhələ matçları növbəti dəfə təxirə salındı
2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının Asiya zonası üzrə seçmə mərhələsinin oyunları növbəti dəfə təxirə salınıb. 
 
Fanat.az xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyası (AFC) rəsmi saytı məlumat yayıb. 
 
Xəbərə görə, oktyabr - noyabr aylarında keçirilməsi planlaşdırılan matçlar koronavirus pandemiyasına görə 2021-ci ildə olacaq. 
Bunlar əlavə, 2023-cü ildə keçiriləcək Asiya Kubokunun seçmə mərhələ matçları da təxirə düşüb. Qərar FİFA ilə məsləhətləşdikdən sonra verilib. 
Təxirlə salınan qarşılaşmaların tarixləri daha sonra açıqlanacaq. 
Qeyd edək ki, daha əvvəl 23 - 31 mart və 1 - 9 iyunda nəzərdə tutulan Asiya zonası üzrə seçmə mərhələnin oyunları təxirə salınıb. DÇ-2022 21 noyabr - 18 dekabrda Qətərin 5 şəhərindəki 8 stadionda keçiriləcək.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər